Maide.az

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımaları tarifləri azala bilər

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımaları tarifləri Astara (İran) – Astara (Azərbaycan) dəmiryolu sahəsinin tikintisinin tam başa çatmasından sonra azala bilər.   Maide.Az bildirir ki, bunu Trend-ə “İran Dəmir Yolları”nın beynəlxalq daşımalar şöbəsinin rəhbəri Hüseyn Aşuri deyib.   Onun sözlərinə görə, dəmir yolunun bu hissəsi dekabrın sonunda işə salınacaq.   O həmçinin əlavə edib ki, İran, Rusiya, Azərbaycan və Belarus Dəmir Yolları 2018-ci il üçün tariflərin artırılmamasını razılaşdırıb.