Maide.az

Şəri-dini suallara cavablar - SUAL 75

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:    NAMAZIN HÖKMLƏRİ SUAL 75: Qəza olmuş namaz və oruclarımı yerinə yetirməkdə dostlarım mənə kömək edə bilərmi, başqa sözlə, başqa bir adam mənim əvəzimdə qəza namazılarımı qılıb oruclarımı tuta bilərmi? Bütün mərcəi-təqlidlərin rəyi: “İnsan ölənə qədər qəzaya getmiş namaz və oruclarını bacardığı qədər özü yerinə yetirməlidir və bu işdə başqasından kömək istəyə bilməz.” (“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 1533; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani, məsələ 1530; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 1541; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 709.)