Maide.az

“Qarabağ” - “Atletiko” oyununun azarkeşlərinə pulsuz avtobus ayrılmayacaq

Oktyabrın 18-də Avropa Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ”–“Atletiko” görüşünü izləyəcək biletli tamaşaçıların ödənişsiz daşınması həyata keçirilməyəcək.   Bu barədə BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.   M.Ağayev qeyd edib ki, oyun günü Bakı Olimpiya Stadionu istiqamətində fəaliyyət göstərən marşrut xətlərinin işinə nəzarəti gücləndirəcək:“Xüsusi ekspress avtobusların ayrılması isə nəzərdə tutulmayıb”.   “Qarabağ” - "Atletiko" oyunu oktyabrın 18-i saat 20:00-da başlayacaq