Əfqanıstanda polis mərkəzinə hücum, 5 ölü
Əfqanıstanın şimalında Faryab vilayətinin Dövlətabad kəndidə polis məntəqəsinə hücum olunub. Maide.Az “AA”-a istinadən xəbər verir ki, hücum nəticəsində iki polis və 3 könüllü ölüb. Bölgə polisinin rəisi Nemətullah Tofan deyib ki, hücumu Taliban qruplaşmasının üzvləri təşkil edib. “Hücumu Talibanla əlaqəli olan bir polis nəfəri həyata keçirib.”. Hələlik Taliban bu hücumla bağlı açıqlama verməyib.