Maide.az

Şəri-dini suallara cavablar - SUAL 70

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:    SUAL 70: Qəza namazını camaatla qılmaq olarmı? Bütün mərcəi-təqlidlərin rəyi: “Bəli, qəza namazını camaatla qılmağın (iqtida etməyin) eybi yoxdur və burada pişnamazla iqtida edənin də eyni namaz qılması şərt deyil. Misal üçün, əgər pişnamaz (imam-camaat) zöhr və yaxud əsr namazı qılırsa, sübh namazının qəzası niyyəti ilə ona iqtida etmək olar.” (“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 1388; “Tozihul-məsail”, məsələ 1387; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 1396; Ayətullah Xameneinin dəftərxanasından sorğu.)