`Əl-Əqsa` məscidi hər an çökə bilər
İsraillilərin aramsız qazıntılar və yeraltı işlər səbəbindən müsəlmanların ilk qibləsi olan Əl-Əqsa məscidinin əsasları dağılır. Bu barədə «Əl-Qüds» Beynəlxalq İnstitutu özünün illik hesabatında bəyan edib. Bildirilir ki, müqəddəs məbədin altında sionistlər 64 tunel qazıb və müsəlmanların ilk qibləsi hər an çökə bilər. Hesabata görə, bu dağıdıcı qazıntılar İsrail hökumətinin müşahidəsi ilə həyata keçirilir və əsas hədəf Fələstinin işğal olunmuş ərazilərində saxta tarix yaratmaqdır. Bildirilir ki, sionist rejim Əl-Əqsa məscidinin cənub-qərb hissəsində Dağda qondarma məbədin tikintisi layihəsini qəbul edib.(faktxeber)