Maide.az

Şəri-dini suallara cavablar - SUAL 67

 Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:    NAMAZIN HÖKMLƏRİ SUAL 67: Kişinin qızıl boyunbağı, qolbağı və yaxud qızıl üzüklə qıldığı namazının hökmü nədir? Bütün mərcəi-təqlidlərin rəyi (Ayətullah Xameneidən başqa): “Onun namazı batildir.” (“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 832; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani, məsələ 833; Ayətullah Vəhid Xorasani, məsələ 838.) Ayətullah Xamenei: “Vacib ehtiyata əsasən, onun namazı batildir.” (“Əcvibətul-istiftaat”, sual 442.)