Maide.az

Şəri-dini suallara cavablar - SUAL 66

 Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:    NAMAZIN HÖKMLƏRİ SUAL 66: Namazın 3-cü və 4-cü rükətlərində deyilən “təsbihati-ərbəə”ni üç dəfədən az və ya çox demək olarmı? Bütün mərcəi-təqlidlərin rəyi (Ayətullah Fazil Lənkəranidən başqa): “Təsbihati-ərbəə”ni bir dəfə demək kifayətdir, amma yaxşı olar ki, üç dəfə deyilsin və “zikr” məqsədilə üç dəfədən artıq deməyin də eybi yoxdur.” (“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 1005; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani, məsələ 1006; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 1014; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 483.) Ayətullah Fazil Lənkərani: “Vacib ehtiyata əsasən, “təsbihati-ərbəə” üç dəfə deyilsin. (“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 1005.)   Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: 1. Sualların cavabları mənbələrə əsaslanmışdır; 2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır; 3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır: –Ayətullah Seyid Əli Xamenei; –Ayətullah Seyid Əli Hüseyni Sistani; –Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani. –Ayətullah Şeyx Hüseyn Nuri Həmədani; –Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani; –Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət; –Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ; –Ayətullah Şeyx Mirzə Cavad Təbrizi; –Ayətullah Şeyx Nasir Məkarim Şirazi;   Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!