Ələt-Astara avtomobil yolunda məşhur kafe ötən axşam yanıb -VİDEO
Ələt-Astara avtomobil yolunun Salyan rayonun Yenikənd kəndindən keçən 36-cı km-dəki məşhur “Ulduz” restoranı ötən axşam yanıb. Virtualaz.org-un məlumatına görə, kənd sakini İslam Salayevə məxsus bu restoran müştəriləri cəlb etməsinə görə ən məşhur obyekt idi. Yanğın nəticəsində bütünlüklə yanmış obyektin yalnız mətbəxini qorumaq mümkün olub. Yanğın saat 04:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Faktla bağlı araşdırmalara başlanılıb.