Maide.az

Şəri-dini suallara cavablar - SUAL 61

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:    NAMAZIN HÖKMLƏRİ SUAL 61: Bədəni və yaxud libasının murdarlığını unudub namazını qılan şəxsin hökmü nədir? Namazını yenidən qılmalı və yaxud qəza etməlidirmi? Bütün mərcəi-təqlidlərin rəyi (Ayətullah Sistanidən başqa): “Namazını yenidən qılmalıdır. Əgər namazın vaxtı keçibsə, qəza etməlidir.” (“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 803; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani”, məsələ 804; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 809.) Ayətullah Sistani: “Əgər bədəni və yaxud libasının murdarlığını etinasızlığından unudubsa, vacib ehtiyata əsasən, namazını yenidən qılmalıdır. Əgər namazın vaxtı keçibsə, qəza etməlidir. Əks-təqdirdə, namazını yenidən qılmağa və yaxud qəza etməyə ehtiyac yoxdur.” (“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 803.)   Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: 1. Sualların cavabları mənbələrə əsaslanmışdır; 2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır; 3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır: –Ayətullah Seyid Əli Xamenei; –Ayətullah Seyid Əli Hüseyni Sistani; –Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani. –Ayətullah Şeyx Hüseyn Nuri Həmədani; –Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani; –Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət; –Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ; –Ayətullah Şeyx Mirzə Cavad Təbrizi; –Ayətullah Şeyx Nasir Məkarim Şirazi;   Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!