Maide.az

“Facebook” ən yaxın “Wi-Fi” ötürücüsünü tapmağa başladı

“Facebook” sosial şəbəkəsinə yaxınlıqda “Wi-Fi” şəbəkəsi olduğunu göstərən yeni funksiya əlavə olunur. Şirkət rəsmilərinin sözlərinə görə, bu hələ ki, iPhone və Android əməliyyat sistemlərinə malik telefonlarda mümkün olacaq.   Bu barədə şirkət rəsmiləri məlumat verib.   “Wi-Fi axtar” funksiyası dünyanın bir neçə ölkəsində sınaqdan keçirilib. Məlum olub ki, bu mobil rabitə üzərindən internetin zəif olduğu yerlərdə olduqca gərəklidir”, - deyə mənbə bildirir.   Bu funksiya xəritədə və ya siyahıda ən yaxın şirkət və təşkilatlarda mümkün simsiz rabitənin mövcudluğu göstərir. Yeni funksiya menyu bəndində əlavədə yerləşdiriləcək. (virtualaz) /