Maide.az

“British Airways” şirkətinin işçiləri 2 həftəlik tətilə başlayıb

Dünyanın 9-cu ən böyük aviasiya şirkətlərindən olan “British Airways” şirkətinin işçiləri tətil edib.    Maide.İnfo xəbər verir ki, işçilər öz maaşlarının az olmasına etiraz edərək tətil edib.    Bildirilir ki, bu tətil 2 həftə davam edəcək.   Tətilə görə, şirkət uçuşlarının dayanmasının qarşısını almaq üçün Britaniya hökumətinin razılığını alaraq Qətər hava yollarının təyyarələrindən istifadə edəcəyini açıqlayıb. /