Maide.az

“Bağdadi böyük ehtimalla ölüb” - Rusiya XİN-i

Rusiya İŞİD lideri Əl-Bağdadi ilə bağlı növbəti açıqlama verib.   “Qafqazinfo” xəbər verir ki, XİN rəhbərinin müavini Oleq Sıromolotov böyük ehtimalla Əl-Bağdadinin Rusiya hava-kosmik qüvvələrinin endirdiyi zərbələr nəticəsində öldüyünü bəyan edib:   “Əgər bu məlumat təsdiqini tapsa, Rusiya Hava-Kosmik Qüvvələrinin beynəlxalq terrorizmlə mübarizədə növbəti böyük uğuru təsdiqlənəcək”.   Qeyd edək ki, hadisə Rusiyanın bu ilin mayın sonunda Rakka şəhərinə endirdiyi hava zərbələri zamanı qeydə alınıb.