Maide.az

Şəri-dini suallara cavablar - SUAL 56

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:    FİTRƏ ZƏKATININ HÖKMLƏRİ SUAL 56: Yataqxanada qalan təbələbənin fitrə zəkatı verməsi vacibdirmi? Bütün mərcəi-təqlidlərin rəyi: Onun yaşayış xərcini ata-anası ödəyirsə və onların çörəyini yeyən sayılırsa, fitrə də onların öhdəsindədir. Amma tələbə özü müstəqil olarsa, fitrə də öz öhdəsindədir. (“Əl-urvətul-vusqa”, 2-ci cild, “Fitrə zəkatı” bölümü, məsələ 2.)   Mövzu ilə bağlı başqa bir sual: Yataqxanada yaşayan, dövlət yeməklərindən pulsuz istifadə edən tələbə və əsgərlərin fitrəsini kim ödəməlidir? Bütün mərcəi-təqlidlərin rəyi (Safi, Məkarim və Nuridən başqa): Özü ödəməlidir və əgər imkanı olmazsa, fitrə vermək öhdəsindən götürülür. (“İstiftaat”, İmam Xomeyni, 1-ci cild, “Zəkat” bölümü, sual 17; “İstiftaat”, Ayətullah Xamenei, sual 859, 860 və 863; “İstiftaat”, Ayətullah Fazil Lənkərani, 1-ci cild, sual 876; “İstiftaat” Ayətullah Təbrizi, sual 78-781; “Ayətullah Vəhid, Ayətullah Behcət və Ayətullah Sistaninin dəftərxanasından sorğu.) Ayətullah Nuri: Qeyd olunmuş fərziyyədə fitrə zəkatını ödəmək kimsəyə vacib deyil. (“İstiftaat”, 2-ci cild, sual: 302.) Ayətullah Məkarim Şirazi: İmkanı olarsa, vacib ehtiyata əsasən, özü ödəməlidir. (“İstiftaat”, 1-ci cild, sual: 369.) Ayətullah Safi: İmkanı olan hər kəs, ehtiyata əsasən, özü ödəməlidir. (“Camiul-əhkam”, 1-ci cild, sual: 563.) Qeyd: “Tələbələr fitrə zəkatı ödəməməlidir” deyən mərcəi-təqlidlərin nəzəri budur ki, imkanı olan kəs müstəhəb ehtiyata əsasən, özü ödəsin.   Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: 1. Sualların cavabları mənbələrə əsaslanmışdır; 2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır; 3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır: –Ayətullah Seyid Əli Xamenei; –Ayətullah Seyid Əli Hüseyni Sistani; –Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani. –Ayətullah Şeyx Hüseyn Nuri Həmədani; –Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani; –Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət; –Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ; –Ayətullah Şeyx Mirzə Cavad Təbrizi; –Ayətullah Şeyx Nasir Məkarim Şirazi;   Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!