Maide.az

“Real” Ronaldo ilə bağlı qərarını verdi

Kristiano Ronaldonu klubda saxlamaq niyyətində deyilik.   Bunu Madridin “Real” komandasının prezidenti Florentino Peres deyib.   Peres qeyd edib ki, komandanın maraqlarını həmişə hər bir oyunçunun ayrı-ayrılıqda maraqlarından üstün tutacaq. “Real” rəhbərliyi hesab edir ki, Ronaldo maaşının artırılması üçün klubu şantaj edir.   Xatırladaq ki, 32 yaşlı portuqaliyalının “Real”ı tərk etmək istəyi barədə məlumat iyunun 16-da yayılıb. Ronaldo Pereslə söhbət zamanı bildirib ki, bu addımı İspaniya prokurorluğunun onun ünvanına səsləndirdiyi ittihamlara görə atıb.   İyunun 13-də Ronaldoya qarşı vergidən yayınma (14,7 milyona avro məbləğində) maddəsi ilə iş qaldırılıb. İdmançı və onun vəkili bu ittihamla razılaşmır. (oxu.az) /