Maide.az

Şəri-dini suallara cavablar - SUAL 54

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:  ORUCUN HÖKMLƏRİ SUAL 54: Əgər oruc tutan şəxs “Hələ sübh azanı verilməyib!” – təsəvvürü ilə obaşdan yeməyinə davam edərsə və sonradan sübh azanının verildiyini bilərsə, onun orucunun hökmü nədir? Bütün mərcəi-təqlidlərin rəyi (Ayətullah Bəhcətdən başqa): Əgər sübh azanının vaxtını araşdırmadan yeməyə davam edibsə, orucu batildir və qəzasını tutmalıdır. (“Təliqat ələl-urvə”, İmam Xomeyni, Ayətullah Nuri, Ayətullah Fazil Lənkərani, Ayətullah Məkraim Şirazi, 3-cü cild, 4-cü fəsil; “Minhacus-salihin”, Ayətullah Təbrizi, məsələ 1023; “Hidayətul-ibad”, 1-ci cild, məsələ 1336; Ayətullah Xameneinin dəftərxanasından sorğu.) Ayətullah Bəhcət: Əgər sübh azanının vaxtını araşdırmadan yeməyə davam edibsə, vacib ehtiyata əsasən, orucu batildir və qəzasını tutmalıdır. (“Vəsilətun-nəcat”, Ayətullah Bəhcət, 1-ci cild, məsələ 1132.) QEYD: Bu şəxsin orucu batil olsa da belə, həmin günü şam azanına qədər orucu batil edən işlərdən çəkinməlidir.   Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: 1. Sualların cavabları mənbələrə əsaslanmışdır; 2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır; 3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır: –Ayətullah Seyid Əli Xamenei; –Ayətullah Seyid Əli Hüseyni Sistani; –Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani. –Ayətullah Şeyx Hüseyn Nuri Həmədani; –Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani; –Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət; –Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ; –Ayətullah Şeyx Mirzə Cavad Təbrizi; –Ayətullah Şeyx Nasir Məkarim Şirazi;   Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!