Maide.az

Ərzaq məhsullarının qiyməti bahalaşıb

2017-ci ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin eyni dövrünə nisbətən 13,8 faiz bahalaşıb.   Maide.Az xəbər veri rki, bu haqda Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.   Məlumatda qeyd edilir ki, həmin dövrdə ərzaq məhsullarının qiymətləri 18,2, qeyri-ərzaq məhsullarının qiymətləri isə 12,5 faiz artıb.   Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərindəki bahalaşma isə 9,1 faiz olub.   Rəsmi bilgidə may ayında istehlak məhsullarının, qeyri-ərzaq məhsullarının 0,2, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərinin isə 2,1 faiz bahalaşdığı bildirilir.   Ərzaq məhsullarının qiymətlərinin isə mayda 1,3 faiz ucuzlaşdığı qeyd edilir. (azadliq.org)