Maide.az

“DÇ-2018”-in seçmə mərhələsinin növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

DÇ-2018-in seçmə mərhələsində VI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, D, G və İ qrupunda oyunlar baş tutub.   D qrupunda lider Serbiya Uelslə xalları bölüb. Serblərlə eyni xala malik, ancaq ikinci pillədə qərarlaşmış İrlandiya da Avstriya ilə bərabərə qalıb. Qrupun autsayderləri Gürcüstanla Moldova da digərlərindən fərqlənməyiblər.   G qrupunda İspaniya Makedoniyanı, ikinci İtaliya isə zəif Lixtenşteyni məğlub edib. İsrail - Albaniya matçı qonaqların rahat qələbəsi ilə yekunlaşıb.   İ qrupunun lideri Xorvatiya izləyicisi İslandiyaya uduzub. Ukrayna Finlandiyanı, Türkiyə isə Kosovanı xalsız qoyub. /   DÇ-2018-in seçmə mərhələsi VI tur 11 iyun   D qrupu İrlandiya – Avstriya - 1:1 Qollar: Valters, 85 - Hintereger, 31   Moldova – Gürcüstan - 2:2 Qollar: Ginsari, 15, Dedov, 36 - Merabaşvili, 66, Kazaişvili, 70   Serbiya – Uels - 1:1 Qollar: Mitroviç, 74 - Remzi, 35 (penalti)   G qrupu Makedoniya – İspaniya - 1:2 Qollar: Ristovski, 66 - David Silva, 15, Dieqo Kosta, 27   İtaliya – Lixteynşteyn - 5:0 Qollar: İnsinye, 35, Belotti, 52, Eder, 74, Bernardeski, 83, Qabbiadini, 90+5   İsrail – Albaniya - 0:3 Qollar: Sadiku, 22, 44, Memuşay, 72   İ qrupu Finlandiya – Ukrayna - 1:2 Qollar: Pohjanpalo, 72 - Konoplyanka, 51, Besedin, 75   İslandiya – Xorvatiya - 1:0 Qol: Maqnusson, 90   Kosova - Türkiyə - 1:4 Qollar: Rrahmani, 22 - Volkan Şen, 7, Cengiz, 31, Burak, 60, Ozan, 82