Maide.az

Şəri-dini suallara cavablar - SUAL 50

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:    ORUCUN HÖKMLƏRİ   SUAL 50: Bəzən damaqdan qan gəlir və ağız suyu ilə qarışır. Onu udduqda, oruc batil olurmu?   Ayətullah Təbrizi və Ayətullah Safi: Əgər damaq qanı ağız suyunda həll olarsa, vacib ehtiyata əsasən, udmasın və tüpürsün. (“İstiftaat”, Ayətullah Təbrizi, sual 640 və Ayətullah Safinin dəftərxanasından sorğu.)   Ayətullah Nuri Həmədani: Ağız suyu ilə həll olarsa da, onu udmağa icazə yoxdur. (“Təqliqat ələl-urvə”, Ayətullah Nuri Həmədani, 4-cü fəsil, məsələ 1.)   Digər mərcəi-təqlidlərin rəyi: Əgər damaq qanı ağız suyunda həll olarsa, onu udmaq orucu batil etmir. (“Təqliqat ələl-urvə”, İmam Xomeyni, Ayətullah Sistani, Ayətullah Fazil Lənkərani, Ayətullah Məkarim Şirazi, 4-cü fəsil, məsələ 1; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 763; Ayətullah Vəhid Xorasani və Ayətullah Bəhcətin dəftərxanasından sorğu.)     Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: 1. Sualların cavabları mənbələrə əsaslanmışdır; 2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır; 3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır: –Ayətullah Seyid Əli Xamenei; –Ayətullah Seyid Əli Hüseyni Sistani; –Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani. –Ayətullah Şeyx Hüseyn Nuri Həmədani; –Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani; –Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət; –Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ; –Ayətullah Şeyx Mirzə Cavad Təbrizi; –Ayətullah Şeyx Nasir Məkarim Şirazi;   Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!