Maide.az

“CHAARGO” portmaneti cihazları məsafədən enerji ilə dolduracaq

Cari ilin iyulunda təqdim ediləcək “CHAARGO” adlı qeyri-adi simsiz enerjidoldurma qurğusu cihazların şarj problemini həll edəcək. “CHAARGO” – bu, portmanet formasında 4000 milliamper/saat tutuma malik nazik enerjidoldurma qurğusudur. Cihazı enerji ilə doldurmaq üçün onu portmanetin üzərinə qoymaq kifayətdir.   Maide.İnfo “ICTnews”a istinadən xəbər verir ki, “CHAARGO” qurğusu dəri/alüminium kombinasiyasından hazırlanıb və “Qi 1.2” sürətli simsiz enerjidoldurma standartını dəstəkləyir. Enerjidoldurma qurğusu 2,1 amper gücündə adapter və “USB-C” kabellə enerji toplayır. Batareyanın statusu rəngli LED indikatorla əks olunur.   Portmanet formasında hazırlanmış “CHAARGO” qurğusu aşağıdakı hissələrdən ibarətdir:   · Pul üçün yer; · Sikkələr üçün cib; · Kartlar üçün 3 ədəd böyük yer.   Portmanetin fiziki ölçüləri 115x95x15 mm, çəkisi isə 205 qr-dır.   Telefon simsiz enerjidoldurmanı dəstəkləyirsə, narahatçılığa heç bir əsas yoxdur. Aparatı portmanetin üzərinə qoyduqdan sonra o, enerji toplamağa başlayacaq. Dəstəklənən telefonların siyahısı aşağıda göstərilib:   “CHAARGO” portmanetinin pərakəndə qiyməti 75 funt təşkil edəcək. /