Maide.az

“Kanal 13” internet televiziyasının direktorunun şikayəti təmin edilməyib

Bu gün Bakı Apellyasiya Məhkəməsində “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun apellyasiya şikayətinə baxılıb.   APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.   Qeyd edək ki, Ə. Orucov Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur. Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Apellyasiya şikayəti həmin qərardan verilib.