Maide.az

Şəri-dini suallara cavablar - SUAL 49

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:    ORUCUN HÖKMLƏRİ   SUAL 49: Bəlğəmi udmaq orucu batil edirmi?   Ayətullah Sistani: Bəlğəmi udmağın (ağız fəzasına çatsa da belə) eybi yoxdur, amma ağız fəzasına çatarsa, müstəhəb ehtiyata əsasən, onu udmasın. (“Tozihul-məsaile mərace”, məsələ 1580.)   Ayətullah Bəhcət: Bəlğəmi udmaq oruc olmayan günlərdə adi bir iş olarsa və ağız fəzasına çatmazsa, eybi yoxdur, amma ağız fəzasına çatarsa, vacib ehtiyata əsasən, onu udmasın. (“Tozihul-məsaile mərace”, məsələ 1580.)   Digər mərcəi-təqlidlərin fətvası: Bəlğəmi udmaq, nə qədər ki, ağız fəzasına çatmayıb, eybi yoxdur; amma ağız fəzasına çatarsa, vacib ehtiyata əsasən, onu udmasın. (“Tozihul-məsaile mərace”, məsələ 1580; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 1588 və Ayətullah Xameneinin dəftərxanasından sorğu.)   Qeyd: Ağız və boğaz fəzasının səddi «x» hərfinin məxrəcidir.         Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: 1. Sualların cavabları mənbələrə əsaslanmışdır; 2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır; 3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır: –Ayətullah Seyid Əli Xamenei; –Ayətullah Seyid Əli Hüseyni Sistani; –Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani. –Ayətullah Şeyx Hüseyn Nuri Həmədani; –Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani; –Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət; –Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ; –Ayətullah Şeyx Mirzə Cavad Təbrizi; –Ayətullah Şeyx Nasir Məkarim Şirazi;   Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!