Maide.az

Ərdoğan Qətər ərazisində türk hərbçilərinin yerləşdirilməsinə dair sazişi təsdiqləyib

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qətər ərazisində türk hərbçilərinin yerləşdirilməsinə haqqında sazişin ratifikasiya edilməsi haqqında sərəncam imzalayıb.   Maide.Az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyə və Qətər arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair 2014-cü ildə imzalanmış saziş Qətər ərazisində Türkiyənin hərbi bazasının yaradılmasını nəzərdə tutur. Bu sərəncama əsasən Türkiyə ordusu Qətərdə 5 min əsgər yerləşdirə bilər.    Qeyd edək ki, bundan gün Türkiyə parlamenti qeyd olunan sazişi ratifikasiya edib.