Əfqan Muxtarlının apellyasiya şikayəti təmin edilməyib
Bu gün Bakı Apellyasiya Məhkəməsində Əfqan Muxtarlı barəsində Səbail Rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılıb. APA-nın xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib. Qeyd edək ki, mayın 31-də Səbail Rayon Məhkəməsinin qərarı ilə Ə. Muxtarlı barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. /