Maide.az

Əbdülməlik Husi Yəməndə işğalçıların vəhşilikləri barədə açıqlama verib

Yəmənin “Ənsarullah” hərəkatının baş katibi Seyid Əbdülməlik Husi işğalçıların Yəmənin bütün bölgələrində vəhşi cinayətlər törətdiyini açıqlayıb.   Seyid Əbdülməlik əl-Husi dünən axşam verdiyi açıqlamada bildirib ki, Yəməndəki bütün qruplar işğalçıların vəhşiliklərinə məruz qalıb.   “Ənsarullah” lideri ABŞ-ın Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyinin hücumlarına nəzarət etdiyini vurğulayan Seyid Əbdülməlik əl-Husi, cinayətlərə beynəlxalq ictimaiyyətin səssiz qaldığını diqqətə çatdırıb. Yəmənli bütün qrupları işğalçılarla mübarizəyə çağıran “Ənsarullah” lideri yaxın gələcəkdə Yəmənin rifaha qovuşacağını qeyd edib. (eastnews) /