Maide.az

“Yuventus” üçün “300 spartalı” - Zidandan maraqlı addım

Sabah Çempionlar Liqasında 2016/17 mövsümünün qalibi müəyyənləşəcək. Həlledici qarşılaşmada “Yuventus” və "Real" qarşılaşacaq. Oyun öncəsi “Real”ın baş məşqçisi Zinəddin Zidan matçdan öncə maraqlı addım atıb.   Fransalı mütəxəssis futbolçuları oyuna motivasiya etmək üçün onlara “300 spartalı” filmini izləmələrini istəyib.     Mühüm görüşöncəsi Zidan final üçün heyəti açıqladı   Belə ki, Madridin “Real” klubu "Yuventus"la olan final oyunu üçün" Kardiffə 25 futbolçu ilə gedəcək.   Heyətdə aşağıda adları qeyd olunan futbolçular yer alıb:   Qapıçılar: Keylor Navas, Kiko Kasilya, Ruben Yanez   Müdafiəçilər: Daniel Karvahal, Pepe, Serxio Ramos, Rafael Varan, Naço Fernandez, Marselo, Fabio Koentrau, Danilo   Yarımmüdafiəçilər: Toni Kroos, Xames Rodrigez, Kasemiro, Kovaçiç, Luka Modriç, Marko Asensio, İsko, Enzo Zidan, Qaret Beyl   Hücumçular: Kriştianu Ronaldo, Kərim Benzema, Lukas Vaskes, Mariano, Alvaro Morata   Qeyd edək ki, "Yuventus" - "Real" görüşü sabah, Uelsin paytaxtı Kardiffdəki "Millenium" stadionunda keçiriləcək. (qafqazinfo) /