Maide.az

Şəri-dini suallara cavablar - SUAL 46

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:    ORUCUN HÖKMLƏRİ SUAL 46: Kimlərə oruc tutmaq vacib deyil? CAVAB: Bütün mərcəi-təqlidlərin fətvasına görə, bir neçə qrupa oruc tutmaq vacib deyil: 1. Oruc tutmağa gücü çatmayan, məşəqqət səbəbindən oruc tuta bilməyən və orucdan əziyyət çəkən yaşlı (qoca) kişi və qadınlara; 2. Oruc tutmağın özü və bətnindəki körpəsinə zərəri ola biləcək hamilə qadınlara; 3. Övladına süd verən qadının özü və körpəsinə oruc tutmağın zərəri olarsa; 4. Orucun zərəri olacaq xəstələrə; 5. Susuzluğa dözə bilməyən və bu xəstəliyə tutulan şəxslərə; 6. Həddi-büluğa çatmayanlara; 7. “Heyz” və “nifas” halında olan qadınlara; 8. On gün bir yerdə qalmaq niyyətində olmayan müsafir şəxslərə; 9. Həddi-büluğa çatmış, amma oruc tutmağa fiziki gücü olmayan və orucdan çox əziyyət çəkən qız uşaqlarına; 10. Huşsuz və yaxud komada olan şəxslərə; 11. Dəlilərə. (“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 1725, 1729; “Əl-urvətul-vusqa”, 2-ci cild, “Oruc” kitabı, “Yeni ayın görünməsinin sabitolma yolları” bölümü.)     Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: 1. Sualların cavabları mənbələrə əsaslanmışdır; 2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır; 3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır: –Ayətullah Seyid Əli Xamenei; –Ayətullah Seyid Əli Hüseyni Sistani; –Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani. –Ayətullah Şeyx Hüseyn Nuri Həmədani; –Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani; –Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət; –Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ; –Ayətullah Şeyx Mirzə Cavad Təbrizi; –Ayətullah Şeyx Nasir Məkarim Şirazi;   Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!