Maide.az

“Kanal 13” internet televiziyasının direktoruna qarşı cinayət işi başlanılıb

“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun barəsində cinayət işi başlanılıb.   Vəkil Elçin SadıqovunAPA-ya verdiyi məlumata görə, Ə. Orucovun barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq; külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə istintaq aparılır. Hazırda Ə. Orucov barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Nəsimi rayon Məhkəməsinə aparılır. /