Maide.az

Şəri-dini suallara cavablar - SUAL 44

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:    ORUCUN HÖKMLƏRİ   SUAL 44: Hansı növ yalan orucu batil edir?   CAVAB: Ayətullah Bəhcət: Allah, İslam Peyğəmbəri (s) və məsum imamlar (ə), eləcə də, peyğəmbərlər, onların canişinləri və Faimeyi-Zəhranın (s.ə.) adından yalan demək orucu batil edir. Ayətullah Sistani: Vacib ehtiyata əsasən, Allah, İslam Peyğəmbəri (s) və məsum imamların (ə) adından yalan demək orucu batil edir. Ayətullah Məkarim Şirazi: Vacib ehtiyata əsasən, Allah, İslam Peyğəmbəri (s) və məsum imamlar (ə), eləcə də, peyğəmbərlər, onların canişinləri və Faimeyi-Zəhranın (s.ə.) adından yalan demək orucu batil edir. Digər mərcəi-təqlidlər: Allah, İslam Peyğəmbəri (s) və məsum imamlar (ə) adından yalan demək orucu batil edir. Həmçinin vacib ehtiyata əsasən, peyğəmbərlər, onların canişinləri və Faimeyi-Zəhranın (s.ə.) adından da yalan demək orucu batil edir. (“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 1596; “Tozihul-məsail”, Ayətullah Vəhid, məsələ 1604.)   Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: 1. Sualların cavabları mənbələrə əsaslanmışdır; 2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır; 3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır: –Ayətullah Seyid Əli Xamenei; –Ayətullah Seyid Əli Hüseyni Sistani; –Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani. –Ayətullah Şeyx Hüseyn Nuri Həmədani; –Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani; –Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət; –Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ; –Ayətullah Şeyx Mirzə Cavad Təbrizi; –Ayətullah Şeyx Nasir Məkarim Şirazi;   Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!