Maide.az

Şəri-dini suallara cavablar - SUAL 39

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:    YENİ AYIN GÖRÜNMƏSİ SUAL 39: Ayın əvvəli hansı yollarla sübut olunur? CAVAB: Ayın əvvəli bir neçə yolla sübut olunur: 1. İnsan ayı öz gözü ilə görsün; 2. İki ədalətli kişi ayı gördüyünə dair şəhadət versin; 3. Sözlərindən yəqin hasil olan bir qrup adam şəhadət versin və desin ki, biz ayı gördük; 4. Şəban ayının əvvəlindən 30 gün keçsin; 5. Şəriət hakimi ayın əvvəli olmasına hökm versin. QEYD: Ayətullah Sistani və Ayətullah Vəhid Xorasaninin fətvasına əsasən, şərət hakiminin hökmü ilə ayın əvvəli sübuta yetməz. (“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 1730.)   Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: 1. Sualların cavabları mənbələrə əsaslanmışdır; 2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır; 3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır: –Ayətullah Seyid Əli Xamenei; –Ayətullah Seyid Əli Hüseyni Sistani; –Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani. –Ayətullah Şeyx Hüseyn Nuri Həmədani; –Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani; –Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət; –Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ; –Ayətullah Şeyx Mirzə Cavad Təbrizi; –Ayətullah Şeyx Nasir Məkarim Şirazi;   Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!