Maide.az

Şərqi Çin dənizində ABŞ təyyarəsi Çin qırıcıları tərəfindən ələ keçirilib

Amerikalılar Çinin bu hərəkətini qeyri-peşəkar adlandırıblar   Çinin "Su-30" tipli iki qırıcısı Şərqi Çin dənizi üzərində ABŞ təyyarəsini ələ keçirib.   Bu barədə Amerika mətbuatı yazıb.   Söhbət nüvə fəaliyyəti izinin aşkarlanması məqsədi ilə atmosferdə müayinə aparan "WC-135 Constant Phoenix" təyyarəsindən gedir. Amerika təyyarəsi Şərqi Çin dənizi üzərindəki beynəlxalq hava məkanında planlı missiyasını yerinə yetirib.   Amerika təyyarəsinin heyət üzvləri Çinin bu hərəkətini "qeyri-peşəkar" adlandırıb. Amerikalılar, həmçinin beynəlxalq hüququ pozmadıqlarını bəyan edib. Hazırda insident qarşı tərəflə "müvafiq diplomatik kanallar vasitəsi ilə" müzakirə olunur. (report) /