Maide.az

Əfqanıstanda mədrəsədə partlayış olub, azı 9 nəfər ölüb

Heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti üzərinə götürməyib   Əfqanıstanın Pərvan əyalətində mədrəsədə güclü partlayış baş verib.    Hadisə nəticəsində azı 9 nəfərin öldüyü, qurbanların da yerli dini icmanın rəhbəri və 8 tələbəsi olduğu bildirilir.   Partlayıcı qurğu dərs prosesi zamanı sinif otağında işə düşüb.    Yaralılar barədə hələlik məlumat yoxdur.    Heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti üzərinə götürməyib. (report) /