Maide.az

Şəri-dini suallara cavablar - SUAL 37

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:    SUAL 37: Peyğəmbəri-Əkrəmin (s), məsum imamların (ə) və xanım Fatimeyi-Zəhranın (s.ə.) adlarına dəstəmazsız toxunmağın hökmü nədir?   CAVAB: İmam Xomeyni, Ayətullah Bəhcət, Ayətullah Xamenei, Ayətullah Safi, Ayətullah Məkarim Şirazi və Ayətullah Nuri Həmədani: “Vacib ehtiyata əsasən, onların adlarına dəstəmazsız toxunulmasın.”   (“İstiftaat”, Ayətullah Məkarim Şirazi, 3-cü cild, sual 126; “Tozihul-məsail”, Ayətullah Nuri, məsələ 320; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 164; “Tozihul-məsail”, digər mərcəi-təqlidlər, məsələ 319.)   Ayətullah Təbrizi, Ayətullah Sistani və Ayətullah Vəhid Xorasani: “Yaxşı olar (müstəhəb ehtiyatdır) ki, onların adlarına dəstəmazsız toxunulmasın.”   (“Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 325; “Tozihul-məsail”, digər mərcəi-təqlidlər, məsələ 319.     Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: 1. Sualların cavabları mənbələrə əsaslanmışdır; 2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır; 3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır: –Ayətullah Seyid Əli Xamenei; –Ayətullah Seyid Əli Hüseyni Sistani; –Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani. –Ayətullah Şeyx Hüseyn Nuri Həmədani; –Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani; –Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət; –Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ; –Ayətullah Şeyx Mirzə Cavad Təbrizi; –Ayətullah Şeyx Nasir Məkarim Şirazi;   Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!