Maide.az

Əfqanıstanda ABŞ səfirliyi yaxınlığında partlayış, 8 nəfər ölüb, 22 nəfər yaralanıb - YENİLƏNİB

Əfqanıstanın paytaxtı Kabildə ABŞ səfirliyinin yaxınlığında güclü partlayış baş verib.   Maide.Az Əfqanıstan KİV-lərinə istinadən xəbər verir ki, ölkənin təhlükəsizlik xidmətinin əməkdaşı bildirib ki, partlayış NATO-nun Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyasının yerləşdiyi yerin yaxınlığında baş verib.   Bildirilir ki, partlayış terrorçu-kamikadze tərəfində xarici qüvvələrin konvoyun keçidi zamanı həyata keçirilib. Son məlumata görə, azı 8 nəfər həlak olub, 22 nəfər yaralanıb.    Partlayış nəticəsində bir neçə  avtomobilə ziyan dəyib.    Hələlik heç bir şəxs və ya qrup partlayışın məsuliyyətini üzərinə götürməyib.