Maide.az

Şəri-dini suallara cavablar - SUAL 36

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:    SUAL 36: Allah-Taalanın adı yazılmış boyunbağını asmağın hokum nədir? CAVAB: İmam Xomeyni, Ayətullah Bəhcət, Ayətullah Xamenei, Ayətullah Safi və Ayətullah Nuri Həmədani: Belə boyunbağını asmağın eybi yoxdur, amma dəstəmazsız bədənə toxundurmaq olmaz. (“Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 152-153; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani, məsələ 320; “Tozihul-məsail”, digər mərcəi-təqlidlər, məsələ 319.) Ayətullah Təbrizi, Ayətullah Sistani, Ayətullah Fazil Lənkərani, Ayətullah Məkarim Şirazi və Ayətullah Vəhid Xorasani: Ondan istifadə etməyin eybi yoxdur. Lakin vacib ehtiyata əsasən, “Allah” adına dəstəmazsız toxunmaq caiz deyil. (“Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 325; “Tozihul-məsail”, digər mərcəi-ətqlidlər, məsələ 319.) QEYD: Allah-Taalanın adı yazılmış boyunbağıdan libas üzərindən dəstəmazsız istifadənin eybi yoxdur.     Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: 1. Sualların cavabları mənbələrə əsaslanmışdır; 2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır; 3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır: –Ayətullah Seyid Əli Xamenei; –Ayətullah Seyid Əli Hüseyni Sistani; –Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani. –Ayətullah Şeyx Hüseyn Nuri Həmədani; –Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani; –Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət; –Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ; –Ayətullah Şeyx Mirzə Cavad Təbrizi; –Ayətullah Şeyx Nasir Məkarim Şirazi;   Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!