Maide.az

Şəri-dini suallara cavablar - SUAL 35

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:  SUAL: 35. “Allah” kəlməsi olan (Abdullah, Həbibullah kimi) xüsusi isimlərə dəstəmazsız əl vurmağın hökmü nədir? CAVAB: İmam Xomeyni, Ayətullah Bəhcət, Ayətullah Xamenei, Ayətullah Safi və Ayətullah Nuri Həmədani: “Dəstəmazı olmayan şəxsin “Allah” (اللّه) sözünə (ərəbcəsinə) toxunması – hətta mürəkkəb ismin bir hissəsi olsa da bеlə – caiz dеyildir. (“İstiftaat”, imam Xomeyni, 1-ci cild, “dəstəmaz” bölümü, sual 82; “İstiftaat”, Ayətullah Nuri Həmədani, 1-ci cild, sual 53; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 152; “Camiul-əhkam”, Ayətullah Safi, 1-ci cild, sual 54; Ayətullah Bəhcətin dəftərxanasından sorğu.) Ayətullah Təbrizi, Ayətullah Sistani və Ayətullah Fazil Lənkərani: “Eybi yoxdur, amma yaxşı olar ki, belə adlara dəstəmazsız toxunulmasın.” (“Camiul-məsail”, Ayətullah Fazil Lənkərani, 1-ci cild, sual 184; “Siratun-nəcat”, Ayətullah Təbrizi, 5-ci cild, sual 990; Ayətullah Sistaninin dəftərxanasından sorğu.) Ayətullah Məkarim Şirazi və Ayətullah Vəhid Xorasani: “Vacib ehtiyata əsasən, “Allah” (اللّه) sözünə dəstəmazsız toxunmaq– hətta mürəkkəb ismin bir hissəsi olsa da bеlə – caiz dеyildir. (Hər iki müctəhidin dəftərxanasından sorğu)   Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: 1. Sualların cavabları mənbələrə əsaslanmışdır; 2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır; 3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır: –Ayətullah Seyid Əli Xamenei; –Ayətullah Seyid Əli Hüseyni Sistani; –Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani. –Ayətullah Şeyx Hüseyn Nuri Həmədani; –Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani; –Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət; –Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ; –Ayətullah Şeyx Mirzə Cavad Təbrizi; –Ayətullah Şeyx Nasir Məkarim Şirazi;   Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik! /