Maide.az

Şəri-dini suallara cavablar - SUAL 34

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında  hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:    SUAL 34: “Bismihi-təala”  (بسمه تعالى) kimi Allah-Taala adını göstərən əvəzliklərə (hi), eləcə də, ərəbcə «...ا» (həmzə və 3 nöqtə) şəklində yazılan “Allah” kəlməsinə dəstəmazsız toxunmağın hökmü nədir? İmam Xomeyni: Allah-Taalanın adları və yaxud onun tərkib hissəsi olan adlara – hansı dildə və hansı keyfiyyətdə yazılmasından asılı olmayaraq, dəstəmazsız toxunmaq caiz deyildir. (“İstiftaat”, İmam xomeyni, 1-ci cild, “Dəstəmaz” bölümü, sual 79.) Ayətullah Bəhcət və Ayətullah Safi: “Vacib ehtiyata əsasən, dəstəmazsız toxunmasınlar.” (Camiul-əhkam”, Ayətullah Safi, 1-ci cild, sual 53-54; Ayətullah Bəhcətin dəftərxanasından sorğu.) Ayətullah Təbrizi, Ayətullah Xamenei, Ayətullah Sistani, Ayətullah Fazil Lənkərani, Ayətullah Məkarim Şirazi və Ayətullah Nuri Həmədani: “Eybi yoxdur, amma yaxşı olar ki, dəstəmazsız toxunmasınlar.” (“Siratun-nəcat”, Ayətullah Təbrizi, 5-ci cild, sual 990; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 147-148; “İstiftaat”, Ayətullah Nuri Həmədani, 1-ci cild, sual 52; “Camiul-məsail”, Ayətullah Fazil Lənkərani, 1-ci cild, sual 184; Ayətullah Sistani və Ayətullah Məkarim Şirazinin dəftərxanasından sorğu.) Ayətullah Vəhid Xorasani: “Eybi yoxdur, amma vacib ehtiyata əsasən, “bismi-təala” ifadəsinə toxunmaq caiz deyil. (Ayətullah Vəhid Xorasaninin dəftərxanasından sorğu.)     Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: 1. Sualların cavabları mənbələrə əsaslanmışdır; 2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır; 3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır: –Ayətullah Seyid Əli Xamenei; –Ayətullah Seyid Əli Hüseyni Sistani; –Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani. –Ayətullah Şeyx Hüseyn Nuri Həmədani; –Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani; –Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət; –Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ; –Ayətullah Şeyx Mirzə Cavad Təbrizi; –Ayətullah Şeyx Nasir Məkarim Şirazi;   Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!