Maide.az

Əfqanıstan prezidenti Azərbaycana gələcək

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycana səfər edəcək.   Bu barədə Trend-ə Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Taqi Xalili bildirib.   Diplomatın sözlərinə görə, Əfqanıstan lideri xarici işlər naziri Səlahuddin Rəbbani ilə birgə "Asiyanın ürəyi - İstanbul prosesi" formatının nazirlər səviyyəsində görüşündə iştirak edəcək.   Səfir xatırladıb ki, artıq martın 17-də Bakıda "Asiyanın ürəyi - İstanbul prosesi" ölkələrinin yüksək vəzifəli rəsmilərinin iclası baş tutub: "Görüş böyük ehtimalla ilin ikinci yarısında keçiriləcək. Tarix dəqiqləşdirilir". /