Maide.az

Şəri-dini suallara cavablar - SUAL 30

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında  hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:      DƏSTƏMAZIN HÖKMLƏRİ SUAL 30: Ayağa çəkilən məshin uzunluğu nə qədər olmalıdır? CAVAB: İmam Xomeyni, Ayətullah Bəhcət, Ayətullah Fazil Lənkərani, Ayətullah Məkarim Şirazi, Ayətullah Nuri Həmədani və Ayətullah Vəhid Xorasani: “Ayağa, ayaq barmaqların birinin ucundan ayağın dik hissəsinə qədər məsh çəkmək lazımdır. Ayağın oynağına qədər məsh çəkmək müstəhəb ehtiyatdır.” (“Tozihul-məsail”, Ayətullah Nuri, məsələ 253; “Tozihul-məsail”, Ayətullah Vəhid, məsələ 258; “Tozihul-məsail”, digər mərcəi-təqlidlər, məsələ 252.) Ayətullah Cavad Təbrizi və Ayətullah Safi: “Ayağa, ayaq barmaqların birinin ucundan ayağın dik hissəsinə qədər məsh çəkmək lazımdır. Vacib ehtiyata əsasən, ayağın oynağına qədər məsh çəkilsin.” (“Tozihul-məsail”, həmin mərcəi-təqlidlər, məsələ 252.) Ayətullah Xamenei və Ayətullah Sistani: “Ayağa, ayaq barmaqların birinin ucundan ayağın oynağına qədər məsh çəkmək lazımdır.” (“Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 111; “Tozihul-məsail”, Ayətullah Sistani, məsələ 252.)   Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: 1. Sualların cavabları mənbələrə əsaslanmışdır; 2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır; 3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır: –Ayətullah Seyid Əli Xamenei; –Ayətullah Seyid Əli Hüseyni Sistani; –Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani. –Ayətullah Şeyx Hüseyn Nuri Həmədani; –Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani; –Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət; –Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ; –Ayətullah Şeyx Mirzə Cavad Təbrizi; –Ayətullah Şeyx Nasir Məkarim Şirazi;   Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!