Maide.az

“Binə” ticarət mərkəzində yanğın söndürülüb - YENİLƏNİB

“Binə” ticarət mərkəzində yanğının qarşısı alınıb.   APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası tərəfindən söndürülüb.    *** Bakıda yerləşən "Binə" ticarət mərkəzində yanğın baş verib.   Bu barədə ticarət mərkəzində işləyənlər redaksiyamıza məlumat verib.    Məlumata görə, yanğın ticarət mərkəzinin 6-cı korpusunda 4-cü sırada qeydə alınıb.   Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Artıq Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. (faktxeber)