Maide.az

Şəri-dini suallara cavablar - SUAL 26

Maide.Az  10 mərcəi-təqlidin fətvası əsasında  hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:    DƏSTƏMAZIN HÖKMLƏRİ   SUAL 26: Qadın naməhrəm kişinin gördüyü bir yerdə dəstəmaz alarsa, dəstəmazı batildirmi? Bütün mərcəi-təqlidlər: “Dəstəmazı düzgündür, amma günaha yol vermişdir.” (“Təliqat ələl-ürvə”, İmam Xomeyni, Ayətullah Sistani, Ayətullah Nuri, Ayətullah Məkarim, Ayətullah Fazil Lənkərani, 1-ci cild, “Dəstəmazın şərtləri”, məsələ 30; “İstiftaat”, Ayətullah Təbrizi, sual 158; Ayətullah Xamenei, Ayətullah Bəhcət, Ayətullah Safi və Ayətullah Vəhidin dəftərxanasından sorğu.)     Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: 1. Sualların cavabları mənbələrə əsaslanmışdır; 2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır; 3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır: –Ayətullah Seyid Əli Xamenei; –Ayətullah Seyid Əli Hüseyni Sistani; –Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani. –Ayətullah Şeyx Hüseyn Nuri Həmədani; –Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani; –Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət; –Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ; –Ayətullah Şeyx Mirzə Cavad Təbrizi; –Ayətullah Şeyx Nasir Məkarim Şirazi;   Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!