Maide.az

Şəri-dini suallara cavablar - SUAL 24

Maide.Az  10 mərcəi-təqlidin fətvası əsasında  hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:      DƏSTƏMAZIN HÖKMLƏRİ DƏSTƏMAZ ÜZVLƏRİNİN QURU OLMASI     SUAL 24: Dəstəmazdan öncə dəstəmaz üzvlərinin quru olması şərtdirmi? Bütün mərcəi-təqlidlər: Xeyr, şərt deyil! Amma məsh yeri mütləq quru olmalıdır. QEYD: Əgər məsh yerində azacıq yaş (rütubət) olarsa və məsh zamanı əlin suyu məsh yerinin yaşlığına (“məsh yerinin yaşlığı yalnız əlin suyundandır” deyiləcək qədər) üstünlük təşkil edərsə, bunun eybi yoxdur. (“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 256; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 362; “Tozihul-məsail”, Ayətullah Nuri, məsələ 257; Ayətullah Xameneinin dəftərxanası.       Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: 1. Sualların cavabları mənbələrə əsaslanmışdır; 2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır; 3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır: –Ayətullah Seyid Əli Xamenei; –Ayətullah Seyid Əli Hüseyni Sistani; –Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani. –Ayətullah Şeyx Hüseyn Nuri Həmədani; –Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani; –Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət; –Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ; –Ayətullah Şeyx Mirzə Cavad Təbrizi; –Ayətullah Şeyx Nasir Məkarim Şirazi;   Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!