Maide.az

Şəri-dini suallara cavablar - SUAL 22

Maide.Az  10 mərcəi-təqlidin fətvası əsasında  hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:    DƏSTƏMAZIN HÖKMLƏRİ NAMAZDAN SONRA DƏSTƏMAZLI OLUB-OLMADIĞI BARƏDƏ ŞƏKK SUAL 22: Namazı qılıb qurtardıqdan sonra, namaz vaxtı dəstəmazlı olub-olmadığı barədə şəkk edən şəxsin vəzifəsi nədir? Mərcəi-təqlidlər: Qıldığı namaz düzgündür, amma sonrakı namazlar üçün mütləq dəstəmaz almalıdır. (“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 303; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani, məsələ 304; Ayətullah Xameneinin dəftərxanasından sorğu.) Ayətullah Təbrizi, Ayətullah Safi, Ayətullah Fazil Lənkərani və Ayətullah Vəhid Xorasani: Əgər namazdan əvvəl dəstəmaz aldığına dair diqqətli olduğunu ehtimal edirsə, qıldığı namaz düzgündür, amma sonrakı namazlar üçün, mütləq dəstəmaz almalıdır. (“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 303; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 310.)   Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: 1. Sualların cavabları mənbələrə əsaslanmışdır; 2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır; 3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır: –Ayətullah Seyid Əli Xamenei; –Ayətullah Seyid Əli Hüseyni Sistani; –Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani. –Ayətullah Şeyx Hüseyn Nuri Həmədani; –Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani; –Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət; –Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ; –Ayətullah Şeyx Mirzə Cavad Təbrizi; –Ayətullah Şeyx Nasir Məkarim Şirazi;   Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!