Maide.az

Şəkidə heyvanlar naməlum səbəbdən tələf olur - VİDEO

Şəki sakini Mirzəli Mustafayevin 30-40 baş qoyunu bir gündə tələf olub. Digərlərinin isə taqətsiz olduğunu müşahidə edib.   Maide.Az ARB TV-yə istinadən xəbər verir ki, növbəti gün həmin heyvanlar da ölüb.   Vəziyyətin belə olduğunu görən təsərrüfat sahibi rayon baytarlıq idarəsinə xəbər verib. Sahə baytarı heyvanları müayinə edib, heyvanlardan nümunələr götürülüb.   Mirzəli Mustafayev - Zərərçəkən: "Axşam örüşdən gətirib içəri qatmışam. Səhər gəlib gördüm ki, 10-u qalxmır ayağa. Kreditlə almışam. Həkim də gəlib iynə vurdu, analizi apardı".   Ancaq zərərçəkmiş baytarlıq idarəsinin işindən narazı qalıb. Çünki bu hal davam edib. Daha bir neçə baş qoyun tələf olub.   Sahib Abdullayev - Zərərçəkənin qohumu: "Həkimlər baxıb heç bir analiz götürmədən zəhərlənmə diaqnozi qoyub gediblər. Deyiblər analizi götürsək, 10 gün müddətinə gələ, ya gəlməz. Qoyun da bu vəziyyətdə, heç kim baxmır".   Şəki Baytarlıq İdarəsi isə heyvanların tələf olmasının ev sahibinin səhlənkarlığı ucbatından baş verdiyini düşünür. Çünki qəsəbədə digər təsərrüfatçıların mal-qarasında heyvanların kütləvi tələf olması halları və ya hər hansı bir xəstəlik qeydə alınmayıb.   Tələf olmuş heyvanlardan götürülən nümunələr laboratiyada yoxlandılqdan sonra nəticə bəlli olacaq.   Ümumiyyətlə isə Şəki rayonu ərazisində epizootik vəziyyətin sabit olduğu bildirilir. /