Şərqi Qüdsdə küçədə dərs keçən fələstinli uşaqlar
Fələstinli uşaqların bağlanılan məktəbləri üçün başlatdıqları "Küçə dərsi" etiraz aksiyaları davam edir. Deyerler.org RT-yə istinadən xəbər verir ki, İsrail rejiminin Şərqi Qüdsdəki Sur Bahir qəsəbəsində yerləşən fələstinlilərə aid Əl-Nuxba ibtidai məktəbini bağlamasından sonra başlayan etiraz davam edir. Əl-Nuxba ibtidai məktəbinin HƏMAS tərəfindən təsis olunduğunu iddia edən İsrail rejiminin Təhsil Nazirliyi, məktəbin təlim-tədris planının təşkilatın ideologiyası əsasında hazırlandığını bildirib. Məktəb səviyyəsindən 6-cı sinifə qədər 250 uşağın təhsil aldığı məktəbin başlanılmasına etiraz edən şagird və müəllimlər küçədə tədrisi davam etdirirlər.