Maide.az

Ən təhlükəli BAKTERİYALAR siyahısı

Ekspertlərin fikrinə görə, hal hazırda dünya çox ciddi təhlükə ilə qarşı-qarşıyadır. Bəzi təhlükəli bakteriyalar bir çox antibiotiklərə qarşı davamlılıq əldə edib.   Bu o deməkdir ki, artıq bəzi yayılmış antibiotiklər bu bakteriyalara təsir etmir və bu da gələcəkdə insanların bakterial infeksiyalardan kütləvi şəkildə həlak olmasına səbəb ola bilər.   Maide.Az saglamolun.az-a istinadən məlumat verir ki, Ümumdünya Səhiyyə Təşkilatı ən təhlükəli bakteriyaların siyahısını tərtib edib. Siyahıya 12 patogen daxil olub. Bütün bu patogenlər antibiotiklərə davamlıdır.   Bakteriyalar 3 qrupa bölünüb: kritik təhlükəli, çox təhlükəli, orta təhlükəli. - 1-ci qrupa Bauman akinetobakteriyası, göy irin çöpü, enterobakteriyalar - 2-ci qrupa enterokokk fesium, qızılı stafilokokk, helikobakter pilori, kampilobakter, salmonella, qonokokk - 3-cü qrupa pnevmokokk, hemofil çöpü və şiqella daxildir. 1-ci qrupa aid olan bakteriyalara nadir hallarda rast gəlinir. Bu olduqca təhlükəli bakteriyalardır ki, onlara yoluxma tez-tez ölümə səbəb olur. 2-ci qrup patoloji agentlər çox yayılmış bakteriyaldır və bu da alimlərdə xüsusi narahatçılıq doğurur. 3-cü qrup bakteriyalar sürətlə daha çox antibiotiklərə qarşı davamlılıq əldə edir.