Maide.az

Ən sıx tıxac olan şəhərlərin reytinqi açıqlanıb

İstanbul ildə 58 saatlıq tıxac göstəricisi ilə sıralamada 17-ci olub   Los Anceles dünyanın ən sıx tıxacı olan şəhəri adına sahib çıxıb.   "Report" xəbər verir ki, bunu "Inrix" şirkətinin reytinqi göstərir.   Reytinqə əsasən, 2016-cı ildə Los Anceles sürücüləri tıxaclarda 104 saat sərf ediblər.   Reytinqdə ikinci yeri Rusiyanın paytaxtı Moskva (91 saat), üçüncü isə ABŞ-ın Nyu-York şəhəri (89 saat) tutub.   İstanbul ildə 58 saatlıq tıxac göstəricisi ilə sıralamada 17-ci olub.   İlk onluqda həmçinin San Fransisko, Boqota, San Paulu, London, Atlanta, Paris, Mayami yer alıb. /