Maide.az

“Mavi Mərmərə” hadisəsindən sonra türkiyəli nazir ilk dəfə İsrail rejiminə səfər edib

Türkiyənin Mədəniyyət və Turizm naziri Nəbi Avcı Türkiyə- İsrail rejimi münasibətlərinin normallaşması prosesi çərçivəsində Tel Əvivə səfər edib.   APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Nəbi Avcı 2010-cu ildə “Mavi Mərmərə” gəmisinə təşkil edilən hücumdan sonra işğalçı İsrail rejimini ziyarət edən ilk türk naziri olub.   Qeyd edək ki, sionist İsrail rejim təhlükəsizlik qüvvələrinin 31 May 2010-cu ildə Qəzzaya humanitar yardım aparan “Mavi Mərmərə” gəmisinə hücumu nəticəsində 10 Türk vətəndaşının həyatını itirməsi, iki ölkə əlaqələrinin kəsilməsinə səbəb olmuşdu.