Maide.az

Əfqanıstanda ötən il 11 418 dinc sakin ölüb

Əfqanıstanda silahlı münaqişələr və terror fəaliyyətləri nəticəsində ölən və xəsarət alan dinc sakinlərin sayı 2016-cı ildə təqribən 11 500 nəfər təşkil edərək yenidən rekord vurub.   Maide.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstandakı missiyasının (UNAMA) yeni hesabatında deyilir.   Ümumilikdə, ötən il Əfqanıstanda silahlı münaqişələrin qurbanlarının sayı 11 418 nəfər olub: onlardan 3500-ü həlak olub, 7900-ü yaralanıb.   Qurbanlar arasında uşaqların sayı 3500 nəfərdir: onlardan 923-ü ölüb, 2600-ü xəsarət alıb. Bu, 2015-ci ilin göstəricisi ilə müqayisədə 24 faiz çoxdur. /