Maide.az

Əl-Qaidə terrorçuları Yəmənin 3 şəhərini işğal etdi

Əl-Qaidə terror qruplaşması üzvləri Yəmənin cənubunda Abyan əyalətində 3 şəhəri işğal edib.    Maide.Az xəbər verir ki, cümə günü Əl-Qaidə terrorçuları bəzi stratejik əhəmiyyətli qurumları partladıb. Şuqrah, Ahor və Lavdar şəhərlərini işğal edib.    Əl-Qaidə ötən aylar ərzində Abyan əyalətinə hücumları artırmışdı və Yəmənin cənubunda bəzi bölgələri işğal etmişdi.